Qulaqcıqla yatmağın 3 dəhşətli fəsadı- AÇIQLANDI

  • 2022.07.26 15:06
  • 2080 Baxış
Qulaqcıqla yatmağın 3 dəhşətli fəsadı - AÇIQLANDI

Müasir gənclər və uşaqlar yuxuya getməzdən əvvəl qulaqcıqda telefon və planşetə baxaraq yuxuya gedir. Çox vaxt qulaqcığı çıxarmaq yaddan çıxır.


Bakupost.az xəbər verir ki, həkimlər qulaqcığın 3 dəhşətli fəsadını açıqlayıb.

Nekroz - əgər qulaqcıqla səhərə kimi yatmısızsa, bu müddətdə həmin sahədə qan dövranı pozulur, bu da nekroza, toxumanın ölməsinə səbəb ola bilər.

Qulaq kiri, tıxacı yaranması - Qulaq kiri deyilən maddə eşitmə aparatını xarici amillərdən qorumaq üçün ifraz olur.Uzun müddət, gecə də qulaqcıq taxmaq mütəmadi maddə ifrazını artırır, qulaq içində tıxac əmələ gəlir, nəticədə eşitmə zəifləyir.

Boğulma təhlükəsi - əgər naqilli qulaqcıq taxırsızsa, yuxuda onun boğaza sarılıb boğulma riski var.

Gecə yatmazdan öncə qulaqcıqda ritmli, ağır, möhkəm musiqilərə qulaq asmaq ürək ritmini artırır, beyni stimulə edir, insanı daha da yorur.