Qusarda meyiti tapılan şəxs həkim imiş.
Medicina.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onun manual terapevt Boris Aleksandroviç Merzlyakov olduğu deyilir.
Qeyd olunur ki, Boris Merzlyakov Azərbaycanda bir sıra özəl xəstəxanalarda çalışıb.
***
14:38
Qusarda yerləşən hoteldə meyit tapılıb.
Medicina.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.
1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
Şəxsin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.