Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb.
Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib.
Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardım avtomobilinə ziyan dəyib.