Quzu ətindən dadlı yemək - LƏZİZ TƏAMIN HAZIRLANMA QAYDASI

  • 2019.08.17 13:35
  • 25880 Baxış
Quzu ətindən dadlı yemək  - LƏZİZ TƏAMIN HAZIRLANMA QAYDASI


 


Süfrənizdə dəyişik bir dad axdarırsınız? Bu gözəl ləzzətli
yeməklə özünüzü şadlandırın. Hazırlanma qaydası olduqca asan olan bu yeməyi bir
dəfə daddıqdan sonra imtina edə bilməyəcəksiniz. Qonaqlarınızı razı salma və
onlara ləziz gün keçiritmək üçün zövq oxşayan bu yeməyi menyunuza mütləq salın.
Medicina.az
asan və ləziz təamın reseptini təqdim edir.


 


 


 


LAZIM OLANLAR:


 


 


·1 kq. quzu əti


·2 yemək qaşığı kərə yağı


·1 yemək qaşığı un


·yarım stəkan qırmızı şərab


·1 pomidor


·1 baş soğan


·5 ədəd mixək


·1 orta boy yerkökü


·1 darçın qabığı


·yarım limonun suyu


·qaraistiot


·duz


 


 


Hazırlanma qaydası:


Əti doğrayıb bir kasada dincəlməyə qoyun. Duz, qara istiot
və limon suyu əlavə edib, bir saat müddətində soyuducuda saxlayın. Kərə yağını
içi geniş bir qazanda əridin. Əti əlavə edib, nar kimi qızardın. Bişdikcə kənara
çıxardıb, isti qalması üçün ağzı bağlı qaba yerləşdirin. Tavada qalan kərə
yağının içinə un əlavə edib yaxşıca qarışdırın.


 


Şərabı, rəndələnmiş pamidoru və
bir sətkan su töküb qarışdırın. Sos qatılaşana kimi bişirin. Təxminən 10-15 dəqiqə.
Daha sonra mixəkləri baş soğanlara keçirin. Əti bir tavaya yerləşdirin,
aralarına da soğanları qoyun. Dörd yerə bölünmüş yerköklərini, darçın
qabığını,duz və istiotu əlavə edin. Hazırladığınız sousu süzgəçlə ətin üzərinə
süzün. bir stəkan su əlavə edərək tavanın qapağını bağlayın. 45-50 dəqiqə
bişdikdən sonra isti-isti süfrəyə təqdim edin. (Ayrıca və plovla birgə də
təqdim edə bilərsiniz). Nuş olsun

Quzu ətindən dadlı yemək  - LƏZİZ TƏAMIN HAZIRLANMA QAYDASI