“Rahat” supermarketlər şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat vəsait ianə edib.
Medicina.az xəbər verir ki, məqsəd koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.
Həmçinin "Az-Qranata” MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat vəsait ianə edib.