Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı

  • 2026.02.20 21:06
  • 75 Baxış
Ramazanın 3-cü gününün duası -  İmsak və iftar vaxtı

Sabah Ramazan ayının üçüncü günüdür.

Medicina.az -ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 21-də Bakıda imsak saat 06:01, iftar isə saat 18:37-dədir.

Ramazan ayının 3-cü gününün duası:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:

"İlahi, bu gün mənə huşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!"

Allah orucunuzu qəbul etsin!