Ramazanın 4-cü gününün duası - İmsak və iftar vaxtı

  • 2026.02.21 22:08
  • 273 Baxış
Ramazanın 4-cü gününün duası -  İmsak və iftar vaxtı

Sabah Ramazan ayının dördüncü günüdür.

Medicina.az -ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 22-də Bakıda imsak saat 06:00, iftar isə saat 18:38-dədir.

Ramazan ayının 4-cü gününün duası:

Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.

Tərcüməsi:

İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!