Ramiz Mehdiyevin vəziyyəti yenidən pisləşdi

  • 2025.11.22 17:39
  • 73 Baxış
Ramiz Mehdiyevin vəziyyəti yenidən pisləşdi



Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən xəbər var.

Medicina.az Gununsesi.info-ya istinadla xəbər verir ki, ötən gecə sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

Amma dövlət Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

Bildirilir ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.


Ramiz Mehdiyev ev dustaqlığındadır.

MEDİCİNA.AZ