Reablitasiya Mərkəzində döyülən uşağın anası danışdı

  • 2022.09.03 15:57
  • 2635 Baxış
Reablitasiya Mərkəzində döyülən uşağın anası danışdı


Uşaqlara işgəncə verən “Mehnur” Reabilitasiya Yaşam Mərkəzi bu gün fəaliyyətini dayandırıb.


Medicina xəbər verir ki, “Yeni Sabah”ın mərkəzdə olan əməkdaşının verdiyi xəbərə görə, bu gün körpələr mərkəzə qəbul olunmayıb.

Buna səbəb mərkəz əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaya cəlb olunmasıdır. Ehtimal olunur ki, işgəncə faktları yayılandan sonra mərkəzin fəaliyyəti ümumiyyətlə dayandırılacaq.


Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun anası Qasımova Səbinə bildirib ki, övladının eşitmə əngəli var:

“İki aydır uşağı müalicə üçün bu mərkəzə qoymuşduq. Əvvəl kamera ilə izləyə bilirdik, amma sonradan dedilər ki, kameralar xarab olub. Uşağın döyüldüyü yer dəhlizdir. Uşağın üzündə xəsarətlər də var”.


Maraqlıdır ki, mərkəzin əməkdaşları jurnalistlərin əraziyə toplanmasına qarşı aqressiv münasibət göstərib, onları uzaqlaşdırmağa cəhd göstəriblər.