80 yaşlı Teymur əminin ürəyi və böyrəkləri necə sağlam qalıb? – Həkimi sirləri açdı-VİDEO

  • 24 İyun, 2019
  • 26597 Baxış
80 yaşlı Teymur əminin ürəyi və böyrəkləri necə sağlam qalıb? – Həkimi sirləri açdı-VİDEO
Sənət aləmində Teymur əmi kimi məşhur olan, daim enerjili, şən, sağlamlığı və cəldliyi ilə həmkarlarından seçilən xalq artisti Teymur Mustafayev hansı xəstəliklərdən müalicə alır, necə edir ki, ürəyi və böyrəkləri sağlam qalıb? Onu 10 ildən artıqdır müayinə və müalicə edən həkimi Behnam Kazemi xanəndənin sağlamlıq sirlərini medicina.az-a açdı.

Həkimi bildirdi ki, 10 ildən artıqdır Teymur əmi onun pasiyentidir, hara getsə də onun yanına gəlir, ağsaqqal kimi həm xeyir –duasını verir, həm də lazımi müayinə-müalicələrdən keçir.

"Teymur əmidə hər bir kişidə bu yaşa xarakterik olan prostatit, adenoma, böyrək problemləri var. Bu xəstəliklər də 60 yaşdan sonra yaranıb. 10 il əvvəl böyrək problemi ilə gəlmişdi: bir az zülal, kreatin qalxmışdı. Onu normaya saldıq.

Teymur əminin şəkəri, təzyiqi yoxdur. Ürəyi, böyrəkləri 50-60 yaşlı kişinin orqanı kimidir. Bu orqanlarla o bundan sonra inşallah 10 il də sağlam ömür sürə bilər”.

Behnam Kazemi pasiyentinin öz sağlamlığına ciddi yanaşdığını, həkimin dediklərinə əməl etdiyini, rejim və qidalanmasına fikir verdiyini bildirdi.

" Prostat adenoması gələcəkdə xərçəngə çevrilə bilir və əlamətləri də elə təxmini oxşardır. Bu xəstələrdə gündüz-gecə sidiyə getmədə problem olur, damcı-damcı gəlməsi, sidik kisəsi tam boşalmır, sidik qalığı qalır. Bundan sonra da orda çöküntü yaranır, bakteriyalar çoxalır, iltihablaşır, daş əmələ gəlir. Sidik geri qaçır, bununla da böyrək zədələnir, böyrək çatışmazlığı yaradır. Bu da böyrəklərin tam sıradan çıxmasına kimi gedib çıxa bilər. Xəstənin həyatı pisləşir, ağrılar, halsızlıq, ağırlıq, gərginlik yaranır. 

Biz bu xəstələrə qidalanma və rejim təyin edirik. Pasiyentlər antioksidant maddələr olan qidalar yeməlidir. Çox zülal tərkibli, çox ət yeyən insanlarda oksidantlaşma gedir, hüceyrələr zədələnir. Meyvə-tərəvəz az yeyənlərdə, kimyəvi qatqılı qidalar qəbul edənlərdə oksidant maddələr çoxalır. Bunun əleyhinə təbiət bizə antioksidantlar verib: bütün göyərtilər, pomidor, itburnu, kök. Hansı meyvə tərəvəzin rəngi yaşıldan qırmızıya, sarıya çevrilirsə, onlar antioksidant hesab olunur. Bütün göy rəngdə olan meyvələr xeyirlidir. Prostat xəstələrinə balqabaş şirəsi, tumu çox faydalıdır.
Heyvan mənşəli qidalar, yağlar azaldılmalıdır. Azərbaycan antioksidant meyvə-tərəvəzlə zəngindir, bizim süfrəmizdə həmişə yeməyin yanında göy-göyərti olur. 

Teymur əmi də ağıllı insandır. Az yeyir, görürsüz arıqdır, piylənməsi yoxdur.  Vaxtında yatır, daim göy-göyərti, meyvə-tərəvəz bol yeyir. Hər nə oldu qəbul etmir.

Amma xəstəliyinə uyğun dərmanları da öz yerində. Ona yazdığım dərmanları xüsusi olaraq Kanadadan gətirmişəm. Xəstə həkimin sözünə baxanda,özünə qarşı məsuliyyətli davrananda uzun və sağlam yaşayır”.


Ünvan: Mətbuat pr. 18/7
Azərbaycan Nəşriyyatı ilə üzbəüz

Telefonlar: 055 950 30 06
012 510-66-41