Açıq satılan bu ərzaqları almayın – Xəbərdarlıq

  • 23 Aprel, 2019
  • 4055 Baxış
Açıq satılan bu ərzaqları almayın – Xəbərdarlıq

Yayın yaxınlaşması ilə açıq satılan bir çox qidalar sağlamlıq üçün təhlükə yaradır. 

Mütəxəssislər xəbərdarlıq edir ki,  açıq şəkildə satılan bir çox məhsullar havaların istiləşməsi ilə əlaqədar sağlamlıq üçün çox böyük təhlükə yaradır. 

Medicina.az sizə həmin ərzaqları təqdim edir: 

1) Quru meyvələr və çərəzlər

Açıq şəkildə satılan quru meyvələr və çərəzlər qaraciyər xərçəngi riski daşıyır. Çünki bu məhsullar istehsal zamanı göbələk və bakteriyalardan qorunmaq üçün bir sıra maddələrin təsirinə məruz qalırlar. Bu maddələr isə birbaşa olaraq qaraciyərə pis təsir edir. 

2) Yalnız bağlamada olan quş əti alın

Açıq şəkildə satılan ev quşlarının əti isti havalarda istifadə olunmamalıdır. Çünki açıq satılan ev quşlarında çox təhlükəli bakteriyalar, məsələn, bağırsaq çöpləri, salmonella, botulizm bakteriyaları inkişaf edə bilər. 

3) Açıq satılan süddən istifadə etməyin 

Son zamanlarda açıq şəkildə satılan südə çoxlarımız rast gəlirik. Qablaşdırılmış südün faydalı olmadığını əsas tutan bir çox insan ilin çox hissəsində bu cür pərakəndə şəkildə satılan südlərdən istifadə edir. Lakin istilərin düşməsi ilə əlaqədar olaraq bu cür pərakəndə satılan süd məhsulları insana faydadan çox zərər verə bilər. Buna görə də yaxşı olardı ki, yay aylarında qablaşdırılmış südə üstünlük verəsiniz.