Bakıda birgünlük körpə küçəyə atıldı - VİDEO

  • 2019.10.18 11:33
  • 4678 Baxış
Bakıda birgünlük körpə küçəyə atıldı -  VİDEO
Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub. Körpə tapılandan sonra xəstəxanaya aparılıb.


Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.


Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.