Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Referans"ın filial direktoru həbs edildi

  • 2025.07.18 17:52
  • 177 Baxış
"Referans"ın filial direktoru   həbs edildi

Yasamal Rayon Məhkəməsində həyat yoldaşını güllələməkdə təqsirləndirilən "Referans" klinikasının filial rəhbəri Vasif Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Medicina.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, prosesdə təqdimat təmin olunub və V.Kərimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə iyulun 16-da günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. "Yüksəliş" Yaşayış Kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib. Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə V.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.