"Rəhimə Atəş" Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə bağlı - AÇIQLAMA

  • 2025.11.17 16:36
  • 287 Baxış
"Rəhimə Atəş" Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə bağlı  - AÇIQLAMA


"Rəhimə Atəş" Fizioterapiya və Reabilitasiya Mərkəzi barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.


"Medicina" xəbər verir ki, bakupost.az məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Əldə etdiyimiz məlumatlara görə, yayılan xəbərlər doğru deyil, mərkəz lisenziya ilə qanuni tibbi fəaliyyət göstərir.

Belə ki, "Rəhimə Atəş" Fizioterapiya Mərkəzi “Fizyore Group” MMC-nin nəzdində açılıb. MMC Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin özəl tibbi fəaliyyət üçün İN/L 259/2021- qeydiyyat nömrəli lisenziyasını alıb.

Bu lisenziya ilə “Fizyore Group”a Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 22 ünvanında özəl ambulator tibbi xidmət üzrə fəaliyyətə icazə verilib.

Sənədə əlavədə xidmətin kodu "2.14.1 – fizioterapevtik" qeyd olunub.

"Rəhimə Atəş" tibbi mərkəzin sadəcə adıdır, rəsmi sənədlərdə təbii ki, bu adla əks olunmur.

Qeyd edək ki, yayılan məlumatlarda mərkəzin ünvanı belə yanlış göstərilib.


Eləcə də Mərkəzin baş həkimi və direktoru yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Mərkəzin bu vaxta qədər heç bir hüquqi məhkəmə işi olmayıb.Bundan sonra belə xəbərləri dəqiqləşdirmədən yayanlarla bağlı hüquqi müstəvidə tədbirlər görüləcək".


Aygün Musayeva