Rəngli doppler nədir və kimlərə məsləhətdir? – Təkcə hamilələr üçün deyil

  • 2019.05.10 21:46
  • 16682 Baxış
 Rəngli doppler nədir və kimlərə məsləhətdir? –  Təkcə hamilələr üçün deyil

Rəngli doppler bir ultrasəs müayinəsi olub müxtəlif xəstəliklər və damar patologiyalarını müayinə etməyə imkan verir. 




Səhvən elə düşünülür ki, doppler  sadəcə hamiləlik zamanı tətbiq edilən bir üsuldur. Hamiləlikdən əlavə qadınlarda və kişilərdə müxtəlif xəstəliklərin müayinəsi üçün istifadə edilir və damar patologiyasını aşkar edir.




Ultrasəs  cihazı  səs dalğaları ilə işləyir. Doppler ultrasəs isə bu səs dalğalarının  qan damarları içərisindəki qan hüceyrələrinə çırpıb geri əks olunarkən fekans dəyişməsindən faydalanaraq  alınır. Rəngli doppler isə əlavə olaraq damarlarda qanın sürətini, axım istiqamətini qırmızı- mavi rənglərlə göstərir.  Ekranda görünən damarlar üzərində bu rənglər görünür.

 

Rəngli doppler ultrasəsi ilə ən çox araşdırıla bilən damar uşağın göbək ciyəsindəki damarlardır (umblikal damarlar). Bundan əlavə uşaqlıq damarları, beyin damarları, kardial damarlar kimi müxtəlif damarlar yoxlanılır. Xüsusilə bətndaxili inkişaf geriliyi olan dölün yoxlanılması, anomaliyalar, ürık ritm pozulmaları və s. şübhə olduqda  doppler müayinəsi aparılır. Rəngli doppler müayinəsi hamiləlik zamanı mütləq vacib müayinə deyildir. Hamiləliyin 20-ci həftəsindən aparıla bilir.







Göstərişlər:




•Tez- tez təkrarlanan baş ağrıları, başgicəllənmələr

•Vaxtaşırı baş verən bayılmalar

•Əllərdə, ayaqlarda keyimə və soyuqluq hissi

•Aşağı ətraflarda  baş verən ağırlıq  və şişkinlik hissi

•Varikosele   aşkar edilməsi üçün

•Hamiləlik zamanı transplasentar qan dövranının yoxlanılması üçün







Bioloji təbabət klinikasında aşağıdakı doppler müayinə üsulları həyata keçirilir:




•Hamiləlik doppleroqrafiyası

•Braxisefal arteriyaların tripleks dopleroqrafiyası

•Baş damarlarının  intrakranial doppleroqrafiyası

•Ətrafların vena və arteriyalarının doppleroqrafiyası




 Bioloji Təbabət klinikası

Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89




urub.