Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev İnstaqram səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Rəqsanə İsmayılova 2025-ci ilin avqustunda dələduzluq etməkdə təqsirli bilinərək saxlanılmışdı.
Yayılan məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bu dəqiqələrdə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
MEDİCİNA.AZ