"Respublikanski" də ölü uşaq soyğunçuluğu: 25 manatlıq dərmanı 400 manata sırıdılar

  • 26 İyn 2021 11:45
  • 6100 Baxış
"Respublikanski" də ölü uşaq soyğunçuluğu:  25 manatlıq dərmanı 400 manata sırıdılar

Bakı şəhər sakini Səbuhi Camalov Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayətçidir.

Medicina.az Bakupost.az-a istinadən xəbər verir ki, xəstəxanada S.Camalovun həyat yoldaşının hamiləliyinin sonlandırılması məqsədilə süni doğuş yaratmaq üçün süni sancı yaradıcı 25 manatlıq iynəni ona 400 manata təklif ediblər. Daha sonra həkimlərlə razılığa gəlib, iynəni 200 manata alsalar da, uşaq ana bətnində tələf olub.


Vətəndaşın şikayətini ətraflı təqdim edirik:

“İyunun 20-də qızım ana bətnində dünyasını dəyişərək mələk oldu. Göndərişlə bizi “Respublikanski” xəstəxanasına (qəssabxanaya) göndərdilər. Azərbaycan səhiyyəsinin bərbad olduğunu bilirdim, amma bu qədər olduğunu bilmirdim. Yoldaşıma hər 4 saatdan bir dərman verdilər ki, süni doğuş olsun. 3 gün davam etdilər, nəticə olmadı. Yoldaşım ağrı çəkirdi. “Enzaprost” adlı iynəni almağımı dedilər.

25 manata olan dərmanı nə qədər axtarsam da tapa bilmədim. Xəstəxanada isə bildirdilər ki, o iynə tapılmır, bizdə var, amma 400 manata. Məcbur qalıb 200 manata razılaşıb o iynəni aldım. Çünki yoldaşım əziyyət çəkirdi, vəziyyəti pisləşirdi.

Ayın 20-də uşaq rəhmətə getdi, 2 saat uşağı morqda saxladılar. Sonra dedilər ki, uşağı yarmalıyıq. Etiraz etdim və dedilər 50 manat ver etməyək. Üzərimdə sadəcə 20 manat var idi. Onu verdim. Rəhmətə gedən uşağın cəsədindən belə pul alırlar. Hansı insaf, hansı din, hansı Allah bunu qəbul edər?

Patoloji şöbənin həkimi Zara adlı qadının (qəssabın) yanına getdim, şikayət edəcəyimi desəm də, “get kimə istəyirsən şikayət et”, dedi”.