Restoran, kafedəki qab-qacaqdan keçən təhlükəli XƏSTƏLİKLƏR

  • 2022.08.09 15:22
  • 3327 Baxış
Restoran, kafedəki qab-qacaqdan keçən təhlükəli    XƏSTƏLİKLƏR
Qab-qaşıqdan istifadədə ciddi gigiyena qaydalarına əməl etmək lazımdır.

Bakupost.az xəbər verir ki, bu barədə həkim terapevt Vera Suxova məlumat verib.

"Bir ailənin üzvlərinin eyni fincan, stəkandan su, maye içməsini tövsiyə etmirəm. Uşaqlarla böyüklərin qabları ayrı olmalıdır.
Məişət təmas yolu ilə bir çox virus və xəstəliklərə yoluxmaq olar.

Qab-qacaqla herpes, qoturluq, mədə xorasına səbəb olan helikobakteriya, bəzi hepatitlər, hepatit, helmintlər, qurdlar, qrip, koronavirus, vərəm, qazlı qanqrena, bruselyoz kimi infeksiyaların törədiciləri asanlıqla bir insandan digərinə keçə bilir.

Profilaktika və qorunmaq üçün: qab, qaşıq diqqətlə təmiz, qaynar suda yuyulmalı, dezinfeksiya olunmalı, ictimai yerlərdə, kafe, restoranlarda diqqətli olmalı, gigiyena qaydalarına əməl etməlisiz.