Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyinizi qorumaq istəyirsiniz? - Bu cür qidalanın

  • 2019.04.06 09:15
  • 9820 Baxış
Ürəyinizi qorumaq istəyirsiniz?  -  Bu cür qidalanın

 

Ürək orqanizmin ən vacib orqanlarından biridir. Onun normal funksiya yerinə yetirməsi üçün isə sağlam olması vacibdir. 

 

Medicina.az-ın sizə ürəyin normal işləməsi üçün tələb olunan ərzaqların siyahısını təqdim edir.

 

Hər cür yağlardan istifadə etməyin



Qidalanmada hər cür yağlardan istifadə etməyin. Hazırladığınız  yeməklərdə yağ çeşitlərindən zeytun yağı və ya fındıq kimi omega3 tərkibli yağlardan az istifadə edin. Ətlərin tərkibində doymuş yağlar olduğu üçün bu cür qidalardan az istifadə olunmalıdır. Süd, yoqurt, pendir və ətlərin yağlı olan çeşidləri doymuş yağlardan olduqca zəngindir.



Taxıl məhsullarından istifadə edin



Taxıl bitkilərinin tərkibində karbohidrat daha çoxdur. Amma son zamanlarda araşdırmalar göstərir ki, karbohidratla qidalanan insanlarda ürək xəstəlikləri daha çox müşahidə olunur. Buna görə də, xüsusi unlardan hazırlanan xəmir və ya çörək yerinə tam taxıl unlarından istifadə olunmalıdır.



Karbohidratdan yerində istifadə edin



Çox miqdarda şəkər tərkibli  qidalar qanın miqdarını yüksəldir. Bu səbəbdən ürək və damar  riskindən şəkərli qidaları və içkilərdən az miqdarda istifadə etməlidirlər.



Hansı qidalardan daha çox istifadə etməlisiniz



Somon balığı: balıqlardakı Omeqa3 yağı düzənsiz ürək ritmlərini və damarlarda baş verən tıxanıqların qarşısını alır.

Quru meyvələr, fındıq, fısdıq:  tərkibində olan yağ asitləri ürəyi qoruyur. Bütün ürək, damar xəstələri üçün risk olduğuna görə duzsuz olanlardan istifadə etməlisiniz.



Paxlalı bitkilər:  B vitamini baxmından zəngin olan qidalardır. Mərci,noxud,quru lobya kimi bitkilər ürək xəstəliyini qaydaya salır.



Tərəvəzlər: isbanaq və brokoli kimi yaşıl tərəvəzlər kalsium və C vitamini ilə zəngin qidalardır.



Qəhvə: gündə 2 fincan qəhvə, sizin ürək xəstləyinizi və infakt riskini azaldır. Ancaq qəhvənin şəkərsiz və kremsiz olması vacibdir.



Meyvələr: C vitamini ilə zəngin olan portağal, naringi və ananas kimi meyvələr qan laxtalanmasının qarşısını alır, ürək ritmini normaya salır.