Rinit və sinusitin qarşısını necə alaq? - Almaniya metodu

  • 2019.10.08 16:39
  • 32287 Baxış
Rinit və sinusitin qarşısını necə alaq? -  Almaniya metodu
Rinit və sinusit geniş yayılmış xəstəliklər olub, adətən, bir yerdə keçir. Kəskin, residivverən, xroniki formaları var. Bu xəstəliklər həyat keyfiyyətini azaldır, gündəlik aktivliyə, iş qabiliyyətinə ciddi mənfi təsir göstərir. Rinit kimi, sinusit də bir çox ağırlaşmalar verir.


Hər iki xəstəlik, xüsusən allergik rinit və xroniki sinusit bronxial astma ilə müşayiət oluna bilər. Allergik rinit orta qulağın irinli iltihabı ilə də ağırlaşır ki, bu da karlığa gətirə bilər. Kəskin sinusit mukosele (selikli qişanın kistası), baş beynin absesi, osteomielit, oral-antral sviş və s. ilə ağırlaşa bilər.   

   

 Rinit və sinusitdə burun tutulması yuxu zamanı tənəffüsü çətinləşdirərək gündüz yorğunluğa səbəb olur və iş fəaliyyətinə pis təsir göstərir. Burun tutulması uzun müddət və ya tez-tez baş verdikdə koqnitiv funksiyaya mənfi təsir göstərir, məktəbdə qavramanı aşağı salır. Tədqiqatlarla sübut olunmuşdur ki, allergik rinit ABŞ-da orta yaşlı əhali arasında işin məhsuldarlığını 20% azaldır. Beləki, hər il 3.5 -10.7 mln. iş, 2 mln. məktəb günü itirilir. ABŞ-da xroniki sinusitə görə hər il 11.5 mln iş günləri itirilir. Xroniki sinusit və allergik rinit aktivliyi və sosial əlaqələri məhdudlaşdırmaqla da, insanların həyat keyfiyyətini azaltmış olur.

 

 

EFFEKTİV PREPARAT


Rinit və sinusitlər zamanı pasientə individual yanaşılmalı və müalicə kompleks olmalıdır. Rinit və sinusitlərin  biotənzimləyici müalicəsində  Euphorbium compositum preparatından geniş istifadə olunur. Preparat sprey şəklindədir, intranazal istifadə olunur. 


Preparatın müxtəlif yaş qruplarında müxtəlif mənşəli rinit, sinusit və rinosinusitlərdə yüksək effektivliyi çoxsaylı tədqiqatlarla sübuta yetirilmişdir. Bu tədqiqatlarda eyni zamanda preparatın tam təhlükəsizliyi və digər dərmanlarla qarşılıqlı təsiri olmadığı aşkar olundu. Euphorbium compositum kəsilmə sindromu, öyrəşmə və taxifilaksiya vermir və bu baxımdan uzunmüddətli istifadə edilə bilər. Tədqiqatlarla sübut olunmuşdur ki, Euphorbium compositum çoxkomponentli tərkibinə görə müxtəlif rinit və sinusitlərdə geniş tətbiq oluna bilər. 


 Euphorbium compositum rinosinsitial virusun bölünməsini inhibə edir. Bundan başqa, herpes (HSV -1), adenovirus 5-ci tipə və paraqrip 2-ci tipə, qripin A tipinə və rinovirusa da eyni cür təsir edir. Beləliklə, sübut olundu ki, Euphorbium compositum yuxarı tənəffüs yolları xəstəliklərinin yaranmasında daha çox rol oynayan virusların hamısına virusəleyhinə təsir göstərir.  

 



Xroniki xəstəliklər zamanı müşahidə olunan immun sisteminin qeyri- stabil  aktivliyi, birincili və ya ikincili infeksiya yoluxmasına səbəb olur. Bu hallarda təbii tərkibli Euphorbium compositum preparatı yüksək effektivlik göstərir. Aparılan tədqiqatlar göstərir ki, Euphorbium compositum immunmoduləedici təsir göstərir. Preparatın bir çox inqredientləri: euphorbium, hepar sulfuris, argentum nitricum, mucosa nasalis suis   γ-interferon və TNF-α –nı stimulə edir, monosit və makrofaqları aktivləşdirir. Preparatın digər komponentləri – Hydrargyrum bijodatum, Hepar sulfuris, Luffa operculata, Argentum nitricum virusun aktivliyini inhibə edən interleykin -10- a təsir edir. Yuxarı tənəffüs yollarının virus invaziyasına qarşı normal reaksiyası hüceyrə səviyyəsində baş verən kaskad reaksiyadan ibarətdir.

 

İnfeksiyalar zamanı selikli qişaların zədəsi səthi epitelidən  bazal membranın tam zədələnməsinə qədər ola bilir. Bu cür zədələnmədən sonra epiteli bərpa olunmalıdır ki, öz funksiyasını tam yerinə yetirə bilsin. Tənəffüs yolları epitelisinin regenerasiyasına bir neçə hüceyrə və molekulyar faktorların təsiri var.  Bu faktorlar proteaz (metalloproteinaz), sitokinlər və boy faktorunun təsiri altındadır, hansı ki, epitelial və mezenximal hüceyrələrdən ifraz olunur. Aparılan tədqiqatlar göstərir ki, Euphorbium compositum virusəleyhinə, iltihabəleyhinə təsirə malikdir, selikli qişanın funksiyasını stimulə edərək virus infeksiyalarına qarşı müqaviməti artırır və bərpa prosesini tezləşdirir. 


 Xroniki formalarda uzunmüddətli istifadə preparatın üstünlüklərindən biridir.  Euphorbium compositum-un xroniki LOR-patologiyalarında istifadəsi yaxşı klinik nəticələr verir.  Məsələn, xroniki sinusit zamanı Euphorbium compositum-la müalicədən 2 həftə sonra  pasientlərin 74,9 % -də, atrofik riniti olan pasientlərin 73.9% - də simptomlar əhəmiyyətli dərəcədə azalmışdır. Atrofik, quru rinit və ozenadan əziyyət çəkən 55 pasient üzərində aparılan uzunmüddətli kliniki müşahidələr göstərdi ki, Euphorbium compositum preparatı ilə aparılan 6-12 aylıq terapiya zamanı bir nəfərdə belə əlavə təsirlər üzə çıxmamışdır. Pasientlərin ümumi vəziyyətində, xəstəliyin simptomlarında və burun tənəffüsündə əhəmiyyətli yaxşılaşma olmuşdur. 

 

Beləliklə, çoxsaylı elmi və klinik tədqiqatlara əsasən demək olar ki, Euphorbium compositum (burun spreyi) aşağıdakı xüsusiyyətlərə malikdir:


 • Çoxhədəfli kompleks təsiri nəticəsində virusəleyhinə, iltihabəleyhinə təsir göstərir. Burun selikli qişasını bərpa edir.  


• Bütün yaş qruplarında, müxtəlif etiologiyalı rinit, sinusit və rinosinusitdə effektivliyi çoxsaylı tədqiqatlarla sübuta yetirilmişdir.

• İstənilən yaş pasientlər uçun təhlükəsizdir. 


• Digər preparatlarla birgə istifadəsi təhlükəsizdir. 

• Heç bir əlavə təsiri və əks-göstərişi yoxdur.

• Kəsilmə sindromu və taxifilaksiya vermir.


• Uzunmüddətli istifadəsi mümkündür.


İstifadə qaydası: hər burun dəliyinə 1 püskürmə gündə 3-5 dəfə.

 


 


Rinit və sinusitin qarşısını necə alaq? -  Almaniya metodu
Rinit və sinusitin qarşısını necə alaq? -  Almaniya metodu