Bir neçə gün öncə Azərbaycanda ilk dəfə Yeni Klinikada uğurla başa çatan ilk robotik cərrahi əməliyyat olunan ilk xəstə evə buraxılıb.
Medicina.az xəbər verir ki, gənc xəstə üzərində öd kisəsi - xolesistektomiya icra edilmişdi.
Bu yeniliyin təqdimatı məqsədilə Yeni Klinikada TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və digər rəsmilərin iştirakı ilə media nümayəndələri üçün brifinq keçilib.
Brifinqdən və eləcə də icra olunan ilk robotik cərrahi əməliyyatdan bəhs edən videoxülasəni təqdim edirik.