Robotla əməliyyat nədir? – Cərrah əlinin yetmədiyi yerlərə belə çatır

  • 2019.01.04 17:27
  • 16669 Baxış
Robotla əməliyyat nədir? –  Cərrah əlinin yetmədiyi yerlərə belə çatır
Artıq 10 ildir ki, Amerika və Avropada laporoskopik cərrahiyyənin son modeli olan robotik cərrahiyyə - yəni robot aparatı ilə loporoskopik alətlərin uzaqdan idarə olunması metodu tətbiq olunur.

 

İlk dəfə NASA tərəfindən tətbiq olunan bu metod kosmosda kosmonavtların cərrahi əməliyyata ehtiyacı olduğu zaman yerdən cərrahın ona müdaxilə olunması məqsədi daşıyırdı.


Hazırda Türkiyədə də LİV Hospitalda bir çox qarıın boşluğu və daxili orqan əməliyyatları robotik metodla olunur. Hospitalın həkimləri mədə-bağırsaq, mədəatı vəz, prostat kimi orqanlarda çox uğurlu robotik əməliyyatlar icra edir və bu metodun üstünlüklərindən danışır.