Ronaldonun bioloji yaşı hesablandı

  • 2025.11.26 00:40
  • 67 Baxış
Ronaldonun bioloji yaşı hesablandı


Whoops 40 yaşlı Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bioloji yaşını açıqlayıb.


“Medicina” xəbər verir ki, futbolçunun yaşı 28-dir. Ronaldo şirkətin dərcinə cavab olaraq məlumatların etibarlı olduğunu qeyd edib.


Daha əvvəl Ronaldo ABŞ prezidenti Donald Trampa müraciət edib. O, Trampa onu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə təşkil edilən qala şam yeməyinə dəvət etdiyinə görə təşəkkür edib.


Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı liqasında doqquz oyun keçirib, on qol vurub və bir məhsuldar ötürmə edib.

Aygün Musayeva