Roza Zərgərli plastik cərrahı məhkəməyə verir - "Gəlsin, sübut eləsin"

  • 2022.04.14 14:54
  • 2607 Baxış
Roza Zərgərli plastik cərrahı məhkəməyə verir   - "Gəlsin, sübut eləsin"

Müğənni Roza Zərgərli plastik-cərrah Elnur Mehrəlini məhkəməyə verəcək.

Medicina.az xəbər verir ki,oO, bu barədə ARB-də yayımlanan “Tam vaxtıdır” proqramında deyib.

Müğənni qeyd edib ki, buna səbəb həkimin onun bədənində dolğu olduğunu iddia etməsidir.

Bundan hiddətlənən müğənni cərrahın iddialarına cavab verib. İfaçı onun klinikasına müayinəyə gələcəyini, bədənində dolğu tapılmadığı təqdirdə ondan 10 min manat alacağını deyib.

Cərrah bu pulu ödəməsə, ifaçı onu məhkəməyə verəcək.

Qeyd edək ki, rejissor Nail Naiboğlunun “Youtube” layihəsinə qonaq olan plastik cərrah Elnur Mehrəli R.Zərgərlinin bədəninə plastik əməliyyatla dolğu edildiyi fikrini təsdiqləyib.