Rusiya koronavirusun dərmanını tapdı

  • 2020.03.28 17:56
  • 2581 Baxış
Rusiya koronavirusun dərmanını tapdı
Rusiya Federal Tibbi-Biologiya Federal Agentliyi (FMBA) koronavirusu müalicə edə biləcək yeni dərman hazırladığını rəsmən elan edib.

Medicina.az xəbər verir ki, agentlik qızdırmaya qarşı istifadə edilən “Meflokin” dərmanını təqdim edib.

“FMBA-ya məxsus ”Farmzashchita” araşdırma və istehsal mərkəzi Çin və Fransanın təcrübələri əsasında qızdırmaya qarşı istifadə edilən “Meflokin” dərmanının bazasında koronavirus infeksiyasının müalicə sistemini yaradıb”, - açıqlamada qeyd olunub.