Rusiyada həkimlər digər xəstələrdən koronavirus testinin cavabını tələb edir

  • 2020.05.09 18:01
  • 1651 Baxış
Rusiyada həkimlər digər xəstələrdən koronavirus testinin cavabını tələb edir


Rusiya xəstəxanalarında digər profilli həkimlər başqa xəstəliklər üzrə müraciət edən vətəndaşlardan koronavirus testinin neqativ olması barədə cavab tələb edir. Yalnız bundan sonra həmin xəstəyə həkim baxaq.

Medicina.az xəbər verir ki, bunu Ümumrusiya pasiyentlər birliyi bildirib.

Bu arayışı olmayan və testdən keçməyən xəstələrə imtina edilir. Bu cür yanaşma tibbi sığorta ilə gələn xəstələrə də göstərilib. Bununla da xroniki xəstəlikləri olan insanların müalicəsində problemlər yaranıb.

Bir çox regionlarda pasiyentlərə ödənişli testlər təklif edilir ki, bu da hər kəsin cibinə uyğun deyil.

Akademik Vitaliy Zverev də bildirmişdi ki, koronavirusa və karantinə görə bir çox vətəndaşları səhhətində digər problemlər yaşayır və ağırlaşır. Həkimə müraciət etməmək isə xəstələri geridönməz vəziyyətlərə salır.