Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada koronavirusa cavanlar yoluxur – Həkimlər səbəbi açıqladı

  • 2020.03.31 14:04
  • 1851 Baxış
Rusiyada koronavirusa cavanlar yoluxur  – Həkimlər səbəbi açıqladı


Moskvada COVID 2019 virusuna yoluxanların 70%-i 18-40 yaş arası gənc insanlardır. Bununla da virus ancaq yaşlılara yoluxur fikri tarixə qovuşur.

Medicina.az xəbər verir ki, hazırda Moskva xəstəxanalarında 110 nəfər gənc koronaviruslu xəstə var. 17 nəfər isə uşaqdır.

65 yaş yuxarı koronaviruslu xəstə isə 35 nəfər.
Virusoloq həkim bunun səbəblərini belə izah edib:

“Yadınıza salın, donuz, quş qripi başlayanda necə aqressiv idi. O zaman da yaş bölgüsü yox idi. Koronavirusun epidemiyanın əvvəlində öncə daha yaşlıları, indi isə cavanları çox yoluxdurması səbəbi virusun getdikcə mutasiyaya uğrayıb, başqa qurbanlar seçməsi və bununla da zəifləməsidir.

Digər səbəbi də bizim həddən artıq çox test etməyimizdədir. Çünkii heç bir xəstəlik simptomu olmayanlardan da analiz götürülüb və virus təsdiqlənib.

Digər səbəb isə yaşlıların daha dissiplinli olması, az adamla görüşməsi, küçələrdə çox kütlə içində az olmasıdır. Gənclər bir yerdə dayanmır, çalışır, aktivdir və daha çox virusla qarşılaşır.”


Qeyd edək ki, yaşlı insanlarda xəstəlik daha tez və sürətlə özünü göstərir, gənclərdə isə 12 gün belə gizli keçə bilər.