Rusiyada son 100 ilin anomal istiləri gözlənilir

  • 2022.08.01 16:50
  • 1656 Baxış
Rusiyada son 100 ilin anomal istiləri gözlənilir


Rusiyanın 15-dən çox regionunda 32 dərəcədən yuxarı isti gözlənilir.

Bakupost.az xəbər verir ki, bu Rusiya üçün yay normasından 5-8 dərəcə yüksəkdir

Hətta soyuq Yakutiyada da bu yay isti keçəcək.

Hava orada 25 dərəcəyədək isinəcək.

Metereoloqlar artıq dövlət qurumlarına və əhaliyə xəbərdarlıq edib.

Mütəxəssislər dünyanın yeni klimatik normalara keçdiyini deyərək, bir azdan anomal istilik termininə alışacağımızı bildirir.

Hava normaları artıq 20-30 il əvvəlki normalar deyil. Yer kürəsi daha isti klimata keçib, və biz buna alışmalıyıq.