Rusiyada yaşayan Azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyən edilib

  • 2020.04.01 18:22
  • 1511 Baxış
Rusiyada yaşayan Azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyən edilib
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter səhifəsində məlumat verilib.

“COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən “Samur” – “Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, - deyə XİN-in məlumatında qeyd olunub.