Rusiyada yeyilə bilən vaksin hazırlanır

  • 2022.12.20 14:59
  • 723 Baxış
Rusiyada yeyilə bilən vaksin hazırlanır


Peterburqun Eksperimental tibb institutunun alimləri qripə qarşı mukozal vaksin üzərində tədqiqat aparırlar.

Bakupost.az xəbər verir ki, bu barədə molekulyar mikrobiologiya laboratoriyasının üzvü Aleksandr Suvorov bildirib.

“Bizim 2 variantımız var, bunlardan biri neyrominidazaya, digəri hemaqlütininə əsaslanır. Hər ikisi çox yaxşıdır. Ona görə ikisini də istifadə edə bilərik.

Hazırda klinik sınaqlar gedir. Bu vaksinlər qripə qarşı çox effektivdir. Hələ ki, siçanlar üzərində sınaq aparırıq.
Əgər uğurlu alınarsa, qrip vaksini udula bilən kapsul formasında olacaq”.