Rusiyadan gələn azərbaycanlıların 18-20 faizində koronavirus aşkarlanır – Prezident köməkçisi

  • 2020.05.13 18:01
  • 1652 Baxış
Rusiyadan gələn azərbaycanlıların 18-20 faizində koronavirus aşkarlanır  – Prezident köməkçisi

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Meidcina.az məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva iştirak edir.

Brifinqdə Hikmət Hacıyev şimaldan, xüsusən Rusiya Federasiyasından ölkəyə gələn və gətirilən azərbaycanlıların 8-10%-də koronavirus testləri müsbət çıxıb.

“İlkin mərhələdə Avropa ölkələrindən gələn vətəndaşlarda koronavirus çox aşkarlanırdısa, indi vəziyyət dəyişib.

Mayın əvvəllərində Azərbaycan-Rusiya quru sərhədlərindən ölkəyə keçən 540 vətəndaşımızın arasında 10 nəfərdə pozitiv koronavirus testi müəyyən olundu. Onların üzərində təkrar testlər aparıır. Bu rəqəmlər vəziyyətə uyğun olaraq dəyişir”.