Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyadan qayıtmaq istəyən azərbaycanlılar üçün qaydalar müəyyənləşdi - "EVƏ GEDİRƏM"

  • 2020.04.16 17:33
  • 3026 Baxış
Rusiyadan qayıtmaq istəyən azərbaycanlılar üçün qaydalar müəyyənləşdi   -   "EVƏ GEDİRƏM"


“550-ə yaxın vətəndaşımız Azərbaycanın Rusiyadakı səfirliyinin “Qaynar xətt”inə müraciət edib”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Rusiyada olan vətəndaşların Azərbaycana gətirilməsi növbəlilik əsasında “Evə gedirəm” portalı vasitəsilə həyata keçiriləcək:

“Vətəndaşlarımız orada qeydiyyatdan keçməlidir. Sistem avtomatik şəkildə növbəliliyi təmin edəcək. Portal fəaliyyətə başlayandan sonra növbəti beş gün ərzində aktivləşəcək, ondan sonra digər beş gün fəaliyyət dayandırılacaq ki, müraciət edənlər aşkarlansın.

Sonra yenidən fəaliyyətə başlayacaq. Ümumilikdə növbəti həftələrdə 200-400 Azərbaycan vətəndaşının mərhələli şəkildə ölkəyə gətirilməsi nəzərdə tutulur”.

H.Hacıyev bildirib ki, qarşıdan gələn dövr ərzində digər ölkələrdə Azərbaycan vətəndaşlarının xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi həyata keçiriləcək:

“Azərbaycan Hava Yolları və “Buta” Hava Yolları ilə biletləri olan və uçuşları həyata keçirə bilməyən vətəndaşların gətirilməsinə üstünlük veriləcək”.