Saakaşvilinin yaddaşı pozulub: insanları xatırlaya bilmir

  • 04 Noy 2021 23:37
  • 531 Baxış
 Saakaşvilinin yaddaşı pozulub:  insanları xatırlaya bilmir
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidə yaddaş pozğunluğu yaranmağa başlayıb.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya məlumat verib.

“Mixail Saakaşvili artıq özünü çox pis hiss edir. Bu artıq fiziki cəhətdən də müşahidə olunur. Onun ünsiyyət problemi yaranıb və yaddaşında ciddi pozğunluqlar var. Saakaşvili insanların adlarını xatırlaya bilmir. Hələlik mənim adımı xatırlayır, ancaq söhbət əsnasında məlum oldu ki, dostlarının bir neçəsinin adını xatırlamır”, - deyə eks-prezidentin vəkili bildirib.