Sabahın havası

  • 2025.11.20 12:59
  • 167 Baxış
Sabahın havası

Noyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Medicina.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.