Sabahın havası: 42 dərəcə isti

  • 2022.07.13 15:58
  • 1335 Baxış
Sabahın havası: 42 dərəcə isti

Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.