Sabiq icra başçısının oğlu həbs olundu - Adam güllələdi

  • 2026.01.16 16:06
  • 189 Baxış
Sabiq icra başçısının oğlu həbs olundu -  Adam güllələdi

Yevlaxda silahlı insident baş verib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.