Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq millət vəkili Elxan Hüseynov vəfat edib.
Medicina.az Teleqraf-a istinadla xəbər verir ki, o, bu gün Bakı şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, Elxan Hüseyn oğlu Hüseynov vaxtilə Ordubad rayonu Vənənd kənd orta məktəbinin direktoru olub. O, iki dəfə Ali Məclisə deputat seçilmişdi.
Mərhum bu gün Bakıda Məhəmmədi qəbiristanlığında dəfn olunacaq.