Sabirabadda doğuş zamanı körpə öldü

  • 2021.11.22 14:07
  • 1368 Baxış
Sabirabadda doğuş zamanı körpə öldü
Sabirabadda Doğum evində doğuş zamanı ana körpəsini itirib.

Medicina.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Doğum evində Saatlı rayonunun Mircəlal kənd sakini, 1995-ci il təvəllüdlü Qaçayeva Dürdanə Muxtar qızı doğuş zamanı körpəsini itirib.

Faktla bağlı araşdırma aparılır.