Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

  • 2026.02.12 16:55
  • 200 Baxış
Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərləndi -  11 yaşlı uşaq öldü

Sabirabad rayonunun Sarxanbəyli kəndində bir ailənin dörd üzvü zəhərlənib.

Medicina.az xəbər verir ki, Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.