Sabunçu xəstəxanasının baş həkimi işdən niyə çıxarıldı?

  • 2025.10.13 14:24
  • 191 Baxış
Sabunçu xəstəxanasının baş həkimi   işdən niyə çıxarıldı?


Sabunçu Tibb Mərkəzi publik hüquqi şəxsin direktorunun müavini - baş həkim İlahə Şükürovanın vəzifəsindən olunub.

"Medicina" xəbər verir ki, İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) oktyabrın 7-sindən tutduğu vəzifədən azad edilib.

Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib.


Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Medicina.az