Saç düzləşdirici vasitələr, keratin, saç botoksu - Uşaqlıq xərçəngi yaradır

  • 2022.10.20 15:21
  • 1930 Baxış
Saç düzləşdirici vasitələr, keratin, saç botoksu  - Uşaqlıq xərçəngi yaradır


Saçları düzləşdirici vasitələr həm satışda, həm salonlarda qadınların ən çox istifadə etdiyi məhsullardır.

"Medicina" xəbər verir ki, ABŞ xəstəliklrə nəzarət mərkəzi qadınlarda uşaqlıq xərçənginin geniş yayılmasının bir səbəbini də bu vasitələrdə görür.

Saç hamarlaşdırıcı, düzləşdirici istər gel, muss, kimyəvi sprey və salon vasitələri uşaqlıq və yumurtalıq xərçəngi riskini artırır.

Araşdırma göstərib ki,heç vaxt belə vasitələrdən istifadə etməyən qadınların 1,5 %-də uşaqlıq xərçəngi olub.
Amma mütəmadi saçlarını düzləşdirənlərin 4-6%-də xərçəng ola bilir.

Tədqiqatda 35 min qadın izlənilib.

10 il ərzində onlardan 378-də uşaqlıq xərçəngi aşkarlanıb.
Xəstələrin 60%-i ömrü boyu müxtəlif saç düzləşdiriciləri hər gün və ya duşdan sonra istifadə etdiyini bildirib

Aygün Musayeva