Saç tökülməsinə qarşı məşhur dərmanlar impotensiyaya səbəb olur - Azərbaycanlı həkim

  • 2022.11.18 14:39
  • 3323 Baxış
Saç tökülməsinə qarşı məşhur dərmanlar impotensiyaya səbəb olur   - Azərbaycanlı həkim


Kişi dazlaşmasının yeganə effektiv müalicəsi saç əkimidir. "Topikal minoksidil" və "Finasterid" isə çox az effektiv dərman vasitəsidir. "Minoksidil, "Koffein", "Finasterid" isə testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alır. Bu proses tükün özündə deyil, qanda gedir. Bu məqam vacibdir.


"Medicina" xəbər verir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədov saç tökülməsinin qarşısını almaq üçün tövsiyə olunan dərmanlardan qeyd edib ki, "Finasterid" impotensiya və digər cinsi zəiflik problemi verə bilər.

“Elə bilirlər ki, saçın dibinə "Minoksidil" və ya "Finasterid" sürtsələr, cinsi problemlər yaranmayacaq. Lakin "Minoksidil", "Finasterid" və ya son vaxtlar dəbdə olan “Ekstrahair” məhlulu saçın dibinə masaj etməklə sürtsəniz, yaxud da dermarollerdən istifadə etsəniz, o əvvəl qana sorulacaq, sonra isə qanda testosteronun DHT-yə çevrilməsini tormozlayacaqlar. Saçı tökən DHT-dır. DHT blok olunsa, cinsi zəiflik müəyyən dərəcədə mütləq hiss ediləcək. “Ekstrahair”in tərkibindəki “saw palmetto” bitkisi də eyni mexanizmlə DHT-ni blok edir. Sadəcə insanları aldadırlar, kişilər elə bilir ki, bunun cinsi zərəri olmaz. Halbuki, içəndə də qana sovrulur, saçın dibinə çəkəndə də eyni proses baş verir.

“Ekstrahair” və ya “Minoksidil” istifadə etsəniz, bir neçə aya, həm də çox balaca tüklərin rəngi tündləşəcək, elə biləcəksiz ki, saç çıxır. Çox az sayda (təxmini 10 ədəd) təzə tük çıxa bilər, bunun üçün 5-6 ay ərzində nizamlı şəkildə istifadə etməlisiniz. O görüntünün indiki halınızdan ciddi bir fərqi olmayacaq. Vaxt və pul itirməyə, həm də DHT-nizi blok etməyə dəyməz".

Aygün Musayeva