Sağlam qidalanma yağsız, duzsuz yemək demək deyil - Diyetoloq həkim

  • 2022.10.11 17:48
  • 2245 Baxış
 Sağlam qidalanma yağsız, duzsuz yemək demək deyil  - Diyetoloq həkim


Sağlam qidalanmaya keç dedikdə, adətən Azərbaycanda elə hesab edirlər ki, insan pəhriz saxlamalı, yağsız, duzsuz qidalanmalıdır.
Boşqabında ancaq göyərti, tərəvəz olmalıdır.


"Medicina" xəbər verir ki, Səhhət TV-nin "Mətbəxdə həkim var" verilişində diyetoloq-nutrisioloq Dr. Şümarə Qaracayeva sağlam qida boşqabını göstərib.

"Sağlam qida boşqabı 4 yerə bölünür. Burda karbohidrat, yağ, zülallar olmalıdır.

Bu boşqaba gündəlik elə qidalar yerləşməlidir ki, gündəlik tələbatınızı ödəsin.

Səhər boşqabında nə ola bilər: yumurta ən düzgün seçimdir. Bu zülal və protein mənbəyidir.

Səhər insanlar tərəvəz yemir, bu səhvdir.

Səhər boşqabında tərəvəz salatı olmalıdır. İstənilən tərəvəzi səhərlər yeyə bilərsiz.

Yağ olaraq kərə yağı, zeytun yağı ola bilər.

Kiçik bir hissədə isə taxıl - karbohidrat olmalılıdır. Səhər bu yulaf sıyığı, qarabaşaq və ya 2 dilim çörək ola bilər".



Aygün Musayeva