Arı südünün bilinməyən faydaları - Bu xəstəliklərin dərmanıdır - SİYAHI

  • 01 May, 2019
  • 6273 Baxış
Arı südünün bilinməyən faydaları - Bu xəstəliklərin dərmanıdır - SİYAHI

 Yeşiklərdən qram-qram toplanan arı südünün vaxtıdır. Bir çox xəstəliyin dərmanı olan məhsulun toplanması aprel ayından başlayarır, sentyabra kimi davam edir. Medicina.az möcüzəvi məhlulun faydalarını təqdim edir.

 
Əczaçılıq və kosmetik sektorlarda, xüsusilə uşaqların immun sistemini gücləndirməsi üçün istifadə olunur. Məhlulun əldə olunması böyük zəhmət tələb edir. Təbiətin möcüzəsi olan arı südünün faydaları saymaqla bitməz. Arı südü üzərində bir çox elmi araşdırma aparılır.
 
- Arı südü immunitet sistemini gücləndirir, bədəndəki bakteriya və mikrobları yox edir. 
 
- Uşaqların zehni və fiziki inkişaflarını sürətləndirir. Əzələ və sümük inkişafını dəstəkləyir.
 
- Revmatizma xəstəliklərdə köməkçi olaraq istifadə edilir.
 
- Təzyiqi normada saxlayır.
 
- Diabet xəstələrinə müsbət təsir edir.
 
- Tərkibində olan enerji orqanizmdəki yorğunluğu aradan qaldırır. İnsanı gümrah saxlayır.
 
- Arı südü üst tənəffüs yolu xəstəliklərinə çox yaxşı təsir edir. Astma, bronxit və nəfəs darlığı çəkən xəstələri müalicə edir, ağciyəri təmizləyib bəlğəmi təmizləyir.
 
- Hüceyrə yeniləyici təsiri səbəbiylə saç tökülməsinə qarşı istifadə edilir.
 
- Dəri qırışıqlıqlarını aradan qaldırır. Maska olaraq da tətbiq edilir. Arı südü insan dərisinin gözəlləşməsinə inanılmaz təsir göstərir.
 
- Xərçəngli hüceyrələri yox edir.
 
- Mədənin rahatlamasını təmin edər. Xora qastrit kimi mədə xəstəliklərini və mədə yanmasının qarşısını alır.
 
- Ürək və damar sistemini dəstəklədiyi müşahidə edilib. Arı südünün xüsusilə damar tıxanıqlığını asanlıqla aradan qaldırdığı, qan axışını təşkil etdiyi təsbit edilib. Xolesterola yaxşı təsir edir.
 
- Arı südünün təbii bir insulin rolu oynayır. Qandakı şəkəri yandıraraq enerjiyə çevirir və insulin ehtiyacını azaldır.
 
Bu təbiət möcüzəsi yalnız xəstəlikdə deyil xəstəlikləri qarşısının alınması, həyat keyfiyyətini artırma və sağlam həyat üçün də istifadə edilə bilər.