Duru sabun istifadəsi dırnaqlara zərərdir - ARAŞDIRMA

  • 2019.11.06 13:46
  • 4577 Baxış
Duru sabun istifadəsi dırnaqlara zərərdir -  ARAŞDIRMA
Dermatologiya üzrə türkiyəli uzmanı Dr. Serpil Özyılmaz, dırnaq qırılmasının bir çox səbəbi olduğunu bildirib. Bu qırılmalar  bəzən ciddi sağlıq probleminə işarə ola bilər.


Medicina.az xəbər verir ki, dırnaq qırılmalarına ən çox vitamin və mineral əskikliyi səbəb olur. Başlıca olaraq dəmir, kalsium,maqnezium, Avə D vitamin çarışmazlığı əsas götürülür.  Həkimin sözlərinə görə sağlam dırnaqlar çəhrayı rəngdə və möhkəm görünür.

 

Qış aylarında dırnaqlar soyuq hava səbəbindən daha həssas vəziyyətə gələ bilir. Əsasən bu aylarda əlləri yuduqdan sonra və açıq havaya çıxılan zaman nəmləndirici istifadə etmək , əlcək taxmaq lazımdır. 




Duru sabunlar da  dırnaqların qırılmasına gətirib çıxarır. Əlləri yuyarkən ənənəvi sabunlardan istifadə etmək lazımdır. Duru sabun, nəm salfetka kimi təmizlik vasitələrinin tərkibindəki kimyəvi maddələr dərinin sağlığına zərər verdiyi üçün tövsiyə edilmir. 


Bundan əlavə soyuq havalarda tez-tez əlləri yumaq dərinin sağlığını pozur. Əgər allergik bir xəstəliyiniz varsa pambıq əlcək istifadə etməyə çalıpşın. 

Davamlı olaraq dırnaq boyası və aseton istifadəsi də dırnaqlar üçün ziyanlıdır. 
Duru sabun istifadəsi dırnaqlara zərərdir -  ARAŞDIRMA