Günorta yuxusunun faydası daha çoxdur - Mütəxəssislər

  • 2019.10.23 11:55
  • 5135 Baxış
Günorta yuxusunun faydası daha çoxdur -  Mütəxəssislər

Mütəxəsisslər sağlam və uzun ömürlü olmaq
üçün yuxunu əvəzedilməz hesab edirlər. Dünyanın ən nüfuzlu həkimlərinin
fikrincə, yetişkin insanlar da eynilə körpələr kimi günorta yuxusuna ehtiyac
duyurlar. Ancaq müasir həyat şəraiti, iş rejimi və digər səbəblərdən bu yuxu
ehtiyacı ödənilmir.




Meidicina.az xəbər verir ki, 7-dən 70-ə hər kəsin ehtiyacı
olan yuxu gündüz saatlarında daha təsirli olur.Mütəxəssislər uşaqların
inkişafında, yeniyetmələrin isə daha da məhsuldar işinə müsbət təsiri olan
günorta yuxusunu tövsiyə edirlər. Günorta yuxusunun, ən azı gecə yuxusu qədər
insan bədəninə faydası vardır.



 


 


Gecə
kifayət qədər yatmış, gündüz də günorta yuxusu yatan bir adamın bədəni
təzələnir, performansı artır, düşünmə və problem həlletmə qabiliyyəti sürətli
olar. Gün içərisində iki dəfə bədən istiliyi düşür. Biri səhərə qarşı 03:00 sıralarında,
digəri isə günortadan sonra 14:00— 15:00 saatları arasında olur.  


 


İnsanların
günorta yeməyini düşündüyü vaxt əslində bədənin yuxuya ən meylli olduğu
zamandır. Bu saat silsilələri yuxunun ən keyfiyyətli olduğu zamandır.
Keyfiyyətli yuxu insan bədəninə uzun müddət yatmaqdan çox daha çox fayda verir.
İmkanı olan hər kəsin günorta yuxusuna yatması məsləhətdir. Ancaq xüsusilə
uşaqların günorta saatlarında mütləq yatmaları lazımdır.


 


 


Uşaqlıq
çağında günorta saatlarında alınan keyfiyyətli yuxu, beyin və bədənin inkişafı
üçün böyük əhəmiyyət daşıyır. Çünki yuxu böyümə baxımından çox əhəmiyyətlidir.
Uşaqların təxminən 1-2 saat günorta yuxusuna ehtiyacı vardır. Yeniyetmələr üçün
isə 15-20 dəqiqə kifayətdir.


Alimlər
günorta yuxusunun faydalarını aşağıdakı kimi sıralayıblar:
15-20 dəqiqəlik yuxu Günortalar 15-20 dəqiqə yatsanız, bütün gün özünüzü daha gümrah hiss edəcəksiniz.
Bu müddət sizə qısa görünə bilər, ancaq mütləq faydasını görəcəksiniz. 30 dəqiqəlik yuxu Yarım saatlıq yuxu bədənin enerjisini artırır. Özünüzü daha dinc və sakit hiss
etmənizə kömək edir.



 


45 dəqiqəlik yuxu Bu yuxu qan təzyiqini aşağı salır. Yaddaşın güclənməsinə kömək edir. Xüsusilə,
imtihanlara hazırlaşanlar mütləq günortalar 45 dəqiqə yatmalıdırlar. 60 dəqiqəlik yuxu Aparılan araşdırmalar göstərib ki, 1 saatlıq yuxu insan orqanizminə eynilə,
1 fincan qəhvə kimi təsir göstərir. Bu da o deməkdir ki, günorta 1 saat yatdıqda, beyin bütün prosesləri daha sürətli
şəkildə həyata keçirir. Diqqət artır, yaddaş güclənir. 90 dəqiqəlik yuxu Əslində günorta bu qədər yatmağa ehtiyac yoxdur. Mütəxəssislər 90 dəqiqəlik
yuxunu sadəcə isti və ya başqa səbəblərdən gecə rahat yata bilməyənlərə və gün ərzində
özlərini yorğun hiss edənlərə tövsiyə edirlər.

Günorta yuxusunun faydası daha çoxdur -  Mütəxəssislər
Günorta yuxusunun faydası daha çoxdur -  Mütəxəssislər