Kimlərə çox su içmək olmaz? – Ölümə səbəb olur

  • 2019.10.23 17:53
  • 78547 Baxış
Kimlərə çox su içmək olmaz? –  Ölümə səbəb olur
Hər bir insan üçün adi suyun 5-7 litr həcmində qəbulu ölümcül dola hesab edilir.


Son zamanlar gündə 2-2,5 litr su içməyin sağlamlığa faydaları barədə çox yazılar, məsləhətlər eşidirik. Bir çoxları buna əməl etməyə çalışaraq, möcüzə gözləyir. Amma elə xəstəlikləri olan insanlar var ki, onlar üçün sutkada 2 litr belə su içmək fatal sonluqla, yəni ağırlaşma və ölümlə nəticələnə bilər.


Medicina.az xəbər verir ki, bu problemi olanlar su isteriyasına düşməsin.


-Kəskin və xroniki ürək –damar xəstəlikləri olanlar, ürək əməliyyatı keçirənlər, ürək çatışmazlığı – Maye qəbulu artdıqca dövr edən qanın miqdarı artır, ürəyin yükü çoxalır


-Kəskin və xroniki böyrək çatışmazlığı olanlar, böyrək təzyiqi olanlar – Böyrəklər artıq mayenı süzə bilmir, yük çoxalır


-Qaraciyər çatışmazlığı, assit xəstəliyi olanlar – qaraciyər toxumaları şişir


-Hamilə qadınlara – şişkinliyi artırır


-yeni əməliyyat keçirmiş şəxslərə


-6 ayına kimi körpələr