Bala bu toxumları qatın – Damarlar, ürək, immunitet möhkəmlənsin

  • 2019.09.04 18:13
  • 42336 Baxış
Bala bu toxumları qatın –  Damarlar, ürək, immunitet möhkəmlənsin
İki möcüzəvi vasitə birləşəndə insanın orqanizmi sanki cənnətə düşmüş olur.

Bu metod xüsusilə yoğun bağırsağın detoksu, təmizlənməsi üçün effektivdir. 


Əgər yoğun bağırsaqda hərəkətlilik azalsa, qida həzm olub, normal nəcisə çevrilməsə, qəbizlik olsa, ən pis halda xərçəng yarana bilər.


Əgər sizdə mütəmadi qəbizlik, dəhşətli baş ağrıları, sinədə yanma, mədədə göynəmə, bağırsaq qıcıqlanması və s. varsa, resept sizlikdir.


Medicina.az ballı kətan toxumu reseptini təqdim edir.


1 stəkan su

Təbii bal – 1 x.q

Kətan toxumu – 1 x.q

Yaşıl alma


Almanı soyub, doğrayın, bütün ərzaqlarla birgə blenderə yerləşdirin. Blenderdə sıyıq halına salın. 


Qarışımı şüşə bankaya yığıb, sərin yerdə saxlayın.


Həftədə 3 dəfə səhərlər 1 xörək qaşığı qəbul edin.