Bu qan qrupunun daşıyıcıları xərçəngə az tutulur – ALİMLƏR

  • 2019.08.09 15:38
  • 113521 Baxış
Bu qan qrupunun daşıyıcıları xərçəngə az tutulur –  ALİMLƏR
Karolin universitetinin tədqiqatları sübut edib ki, I qrup qan daşıyıcıları xərçəngdən az hallarda əziyyət çəkirlər


Medicina.az xəbər verir ki, araşdırmada 1,1 milyon bütün qruplardan olan insanların sağlamlığı üzərində müşahidələr aparılıb. Müşahidələr düz 35 il aparılıb. 

Məlum olub ki, II qan qrupu insanlar daha çox mədə-bağırsaq xərçənginə yoluxur.


III və IV qan qrupu üzvləri isə mədəaltı vəzin xərçənginə tutulmaq üzrə birinci yerdədirlər. 


I qan qrupunda daha çox mədə-bağırsaq yara, xorası və həzm xəstəlikləri çox aşkarlansa da, maraqlıdır ki, I qrupda mədə-bağırsaq, mədəaltı vəz şişlərinə az rast gəlinib.


Amma bu qrup insanlar daha çox travmalardan ölüm keçirir. 

Məsələn, xəstəxanalara yaralanma, qanitirmə, travma və qəzalardan daxil olan və həyatını itirəm xəstələrin 29% -i 1-ci qan qrupu xəstələri olur.