Bu tərəvəzin kababı spermanın keyfiyyətini artırır

  • 2019.10.09 17:52
  • 21589 Baxış
 Bu tərəvəzin kababı spermanın keyfiyyətini artırır
Kişilərdə sperma keyfiyyətsizliyini aradan qaldırmaq üçün alimlər pomidoru pörtlədib və ya kabab edib yeməyi məsləhət edir.


Medicina.az xəbər verir ki, Böyük Britaniya alimləri 56 kişi üzərində tədqiqat aparıb. Onların yarısında sperma keyfiyyəti zəif idi. İştirakçılar 2 yerə bölünüb: bir qrupa 12 həftə ərzində likopin – pomidorun tərkibində olan orqanik piqment kapsulları verilib. Sutkalıq doza 14 mq idi. 


İkinci qrupa isə bu müddət ərzində bir kapsul plasebo- yəni heç bir təsiri olmayan tablet alıblar.

Nə araşdırmaçılar, nə də iştirakçılar nə qəbul etdiklərini bilməyiblər.


3 aydan sonra sperma analizi göstərib ki, likopin qəbul edən kişilərdə keyfiyyət yaxşılaşıb. 


Hərəkətli spermatozodlərin sayı da 40% artıb. 

Normal formalı və iri spermaların sayı 2 dəfə çoxalıb


Alimlər kişilərə pomidoru pasta, püre və pörtlədilmiş halda yeməyi tövsiyyə edir. Xüsusən ata olmaq şansını artırmaq üçün 3 ay pomidor yeyin.

 


 

 


 Bu tərəvəzin kababı spermanın keyfiyyətini artırır